İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 1, ev 35 ünvanında yerləşən “Unikal” yeyinti məhsullarının istehsalı müəssisəsində istehsal edilmiş “Bəhrə” əmtəə nişanlı keks və biskvitlərin satışının dayandırılması barədə müəssisənin sahibi Hikmət Hüseynova icrası məcburi göstəriş verilib.