Modern.az

Polşa səfirindən Azərbaycan və Ermənistana tövsiyə

Polşa səfirindən Azərbaycan və Ermənistana tövsiyə

Eğitim

25 Aprel 2013, 16:39

“Azərbaycan və Ermənistan xalqları qarşılıqlı narazılıq və qıcıq oyadan məsələlərdə ilişib qalmamalıdırlar”. Modern.az xəbər verir ki, bu haqda erməni mətbuatına Polşanın Ermənistandakı səfiri Edislav Raçinski deyib. O, jurnalistlərin Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi təqdim olunmasına isə “bunun mümkün olmaması haqqında müəyyən fikir var, amma bu tip məsələlərin üzərində dayanmaq Qarabağ münaqişəsinin həlli baxımından nəticə verməyəcək”, – deyə qeyd edib.

“Çox vaxt informasiya resursları qarşıdurmadan bir vasitə kimi istifadə edirlər və bunun nəticəsində başqa ölkənin demək istədiyi məsələ ilə bağlı anlaşılmazlıq yaranır”.

E. Raçinski qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Polşanın mövqeyi dəyişməzdir və ATƏT-in Minsk Qrupunun mövqeyi ilə uyğundur. “Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və ölkələrin öz xalqlarını müharibəyə yox, sülhə hazırlaması fikri ilə razıyıq”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı