Modern.az

Nazir: “Həmsədrlərin prezidentlərlə bağlı təklifini dəstəkləyirik”

Nazir: “Həmsədrlərin prezidentlərlə bağlı təklifini dəstəkləyirik”

Təhsil

17 İyul 2013, 14:07



“Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif etməsini biz də dəstəkləyirik”. Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyana səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, həmsədrlərin regiona gəlməsi Vyana görüşündə müzakirə olunub.

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupuna yeni amerikalı həmsədrin təyin olunması gözlənilir.
“Ancaq həmin şəxs kim olacağı ilə bağlı bizdə məlumat yoxdur”.

Elmar Məmmədyarov bir daha vurğulayıb ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. "Bununla yanaşı Azərbaycan və Ermənistanın Qarabağ icmaları da təmasda olmalıdır. Bununla hər hansı bir sülhə nail olmaq olar".

İranın Dağlıq Qarabağ münaqişənin həllində vasitəçi olmaq niyyəti barədə isə nazir Elmar Məmmədyarov bunları deyib: “Biz münaqişənin çözülməsi üçün vasitəçi olmaq istəyən dövlətlərin təkliflərini alqışlayırıq”.

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı