Modern.az

Əli Həsənov: "Vaxt itkisi bizim ziyanımıza işləyir" - FOTOLAR

Əli Həsənov: "Vaxt itkisi bizim ziyanımıza işləyir" -  FOTOLAR

Təhsil

23 Avqust 2013, 11:44

 

Bu gün Azərbaycanın  Cəbrayıl və Füzuli rayonlarının işğalının 20-ci il dönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Baş nazirin müavini Əli Həsənov, millət vəkilləri, ziyalılar, media nümayəndələri və məcburi köçkünlər iştirak ediblər.  Modern.az-ın məlumatına görə, tədbirdə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. O, işğalda olan torpaqlarımızın azad olunması istiqamətində görülən işlərə və yürüdülən siyasətə diqqət çəkib. Prezidentin məcburi köçkünlər üçün ayrılmış müaviətin 10 faiz artırılmasına  dair sərəncamdan danışan Ə.Həsənov bunun seçki kampaniyası olmadığını da vurğulayıb:

“Bu, təbii bir haldır. Və seçkiyə hazırlanmış bir kampaniya kimi başa düşülməsin. Ulu öndərin hakimiyyəti illərində də bu edilirdi. Indi də davam etdirilir. Hər il baş verən prosesdir və son 20 ildə hər il bu adım atılır. Bu hal davam edəcək ta o vaxta qədər ki məcburi köçkünklər öz doğma torpaqlarına qayıdacaqlar. Bu gün iki rayonun işğal günüdür. Hər il biz bu kimi tədbirləri təşkil edirik. Rayon əhalisi və dövlət adamları bu kimi tədbirlərə qatılır. Müzakirələr aparılır. İşğal günlərində ermənilər hardasa sevinc hissləri keçirirlər. Düşünürəm ki, belə tədbirlərin metodologiyasını dəyişmək lazımdır. Yaxşı olardı ki, Ermənistanın işğalçılıq siyasətinə qarşı kampaniyalar təşkil olunsun və dünya ictimaiyyəti də bundan məlumatlansın”- deyə, Ə.Həsənov bildirib. O, həmçinin bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan vaxtı uzatmaqda maraqlıdı, lakin bu Azərbaycanın maraqlarına uyğun gəlmir. Məsələnin həlli istiqamətində vaxt itkisi bizim ziyanımızadır. 

Jurnalistlərə açıqlamasında “Azərbaycanda güclü iqtidar qarşısında zəif müxalifətin olması təəssüf doğurur”. - deyən Baş nazirin müavini Əli Həsənov müxalifətin fəaliyyətini də tənqid edib: “Bu gün Azərbaycan dövlətinin, prezidentinin əldə etdiyi nailiyyətlər dünyanın bütün ölkələrində müsbət hal kimi müzakirə olunur. Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilib. Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifəti rüsvayçılığıdır. Onların bu vəziyyəti də müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik”.

 

 

 

 

Elçin MURAD

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı