Modern.az

Türkiyədə yenidən kütləvi etirazlar başladı – FOTOLAR

Türkiyədə yenidən kütləvi etirazlar başladı – FOTOLAR

Təhsil

10 Sentyabr 2013, 23:04

Türkiyənin Hatay bölgəsində dünən keçirilən etiraz aksiyasında nümayiçinin ölməsi qardaş ölkədə kütləvi narazılıqlara səbəb olub. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin bir çox yerlərində Əhməd Atakanın ölümünə etiraz olaraq aksiyalar keçirilir.

Taksimdə minlərlə şəhər sakini toplaşaraq hakimiyyətə qarşı etiraza qalxıb. Əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib. Aksiyaçılara xəbərdarlıq edilsə də etirazçı kütlə Taksimi tərk etməyib. Polis nümayişin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hazırda Taksimdə gərgin vəziyyət hökm sürür.

Etirazlar Türkiyənin digər bölgələrində də qeydə alınıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı