Modern.az

İqbal Ağazadə debatlardan tez getməsini izah etdi: “Düz edib studiyadan gedirəm”

İqbal Ağazadə debatlardan tez getməsini izah etdi: “Düz edib studiyadan gedirəm”

Təhsil

20 Sentyabr 2013, 17:26

“Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsini pozaraq namizədlərin təbliğatı üçün dəyirmi masa müəyyən edir. Vaxtdan istifadəni namizəd özü müəyyən etməlidir”.

Bunu Modern.az-a açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd İqbal Ağazadə deyib. Deputat onun üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından tam istifadə etdikdən sonra digər namizədləri dinləməyərək, studiyadan çıxmasını müzakirə açmamaq niyyəti ilə izah edib.

“Mənim oradakılara heç bir sözüm yoxdur. Ona görə də əlavə mübahisələrə yer vermək istəmirəm. Mənim sözüm seçiciyədir”.

Prezidentliyə namizəd əlavə edib ki, çıxışdan sonra studiyada oturmağı mənasız hesab edir.

“Məni heç kim o çərçivədə müzakirə açmağa məcbur edə bilməz. Mənim seçiciyə dediklərimin müzakirəsi digər namizədlərin öz işidir. Buna görə də çox doğru hərəkət edib studiyanı tərk edirəm”, – deyə İ.Ağazadə vurğulayıb.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı