Modern.az

Ticarət mərkəzindəki yanğın söndürülüb

Ticarət mərkəzindəki yanğın söndürülüb

Education

14 Mart 2014, 10:33

Fövqəladə Hallar Nazirliyi “Moskva” Univermağında baş verən yanğınla bağlı yeni məlumat yayıb. 

Modern.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli “Moskva” ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı