Modern.az

Sınaq imtahanlarına yazılış başlanır

Sınaq imtahanlarına yazılış başlanır

Education

17 Mart 2014, 12:25


Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmə vaxtını açıqlayıb. Aprelin 6-da və 13-də abituriyentlər üçün keçiriləcək sınaq imtahanlarına qeydiyyat mart ayının 27-dən etibarən aparılacaq.

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar. Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatları TQDK-nın rəsmi facebook səhifəsindən öyrənə biləcəksiniz.

 

  Misranə Həsənzadə  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı