Modern.az

“Kılıçdaroğlu Anadolu Agentliyi əməkdaşlarından üzr istəsin” - Tələb

“Kılıçdaroğlu Anadolu Agentliyi əməkdaşlarından üzr istəsin” - Tələb

Education

1 Aprel 2014, 18:20


Modern.az
saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Media İşçiləri Birliyinin rəhbəri Gürsel Eser verdiyi yazılı açıqlamada Anadolu Agentliyi əməkdaşlarının 30 martdakı yerli seçkilərdə nəticələri tez və doğru bir şəkildə yayınlayaraq böyük bir uğura imza atdığını bildirib. 

Anadolu Agentliyinin (AA) qazandığı bu uğurudan qürurlandıdığını ifadə edən Eser 1500 müxbir və 95 min seçki nəzarətçisi ilə belə böyük təşkil olunan işdə bütün mətbuat orqanlarından tez seçki nəticələrini səhvsiz və düz şəkildə verən AA-dakı bütün üzvləri təbrik edib.

 G.Eser 94 ildir ki, ölkədə yalnız xəbər verən böyük bir təşkilatın seçki gecəsində nə cür böyük bir ailə olduğunu göstərdiyinə işarə edərək, bunları qeyd edib:

“Bu səbəbdən hər zaman söylədiyimiz kimi, bu gün də deyirik: Anadolu Agentliyi bir uğur hekayəsinin adıdır. Bütün bu zəhmət və işlərə baxmayaraq bir sıra şəxslərin AA-nu hədəf alaraq hər fürsətdə tənqid etməsi, orada çalışan üzvlərimizi qaralamasını heç bir zaman qəbul etmədik və etməyəcəyimizi vurğulamaq istəyirik. Seçki sonrası açıqlama verən CHP sədri Kamal Kılıçdaroğlunun “Anadolu Agentliyinə güvənmirik” deməsi bizləri və AA-da çalışan mətbuat işçilərimizi dərindən yaralayıb. Təxminən 30-35 saat dayanmadan çalışan üzvlərimiz layiq olmadıqları bu qaralama və tənqid qarşısında olduqca təəssüf hissi keçiriblər”.

Türkiyə Media İşçiləri Birliyi Kılıçdaroğlunu AA əməkdaşlarından üzr istəməyə çağırıb.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı