Modern.az

ABŞ MKİ-nin işgəncələri üzə çıxdı

ABŞ MKİ-nin işgəncələri üzə çıxdı

Education

1 Aprel 2014, 23:01

Modern.az saytı xəbər verir ki, “Vaşinqton Post” qəzeti Amerika Senatının istintaq komissiyası tərəfindən hazırlanan hesabatı oxucularına təqdim edib.

Hesabatda MKİ-nin illərcə sorğulama fəaliyyətlərində istifadə etdiyi qəddar üsulların gizlədildiyi və bu fəaliyyətlər sayəsində əldə edilən məlumatların olduğundan daha əhəmiyyətli göstərildiyi ifadə edilib.

Amerika Senatının araşdırma komissiyası tərəfindən hazırlanan hesabatda, əlavə olaraq MKİ-nin heç bir hüquqi əsası olmadan terrorda şübhəli bilinənləri həbs etməsi və sorğulamalar əsnasında pis rəftarın tətbiq olunduğu gizli həbsxanalar haqda detallara da yer verilib.

MKİ-nin agentlərinin bu həbsxanalarında suda boğma mənasını verən 'waterboarding' üsulundan istifadə etdiyi də nəzərə çatdırılıb.Qeyd edək ki, insan hüquqları müdafiəçiləri bu metodu işgəncə vasitəsi kimi qiymətləndirirlər.

Xatırladaq ki, ABŞ-ın eks prezidenti Corc Buş 11 Sentyabr terror hücumlarının ardından dünyanın müxtəlif yerlərində bu formada fəaliyyət göstərən gizli həbsxanalar açdırmışdı.

Barak Obamanın isə hakimiyyətə gəldiyi 2009-cu ildən etibarən bu layihəni dayandırdığı bildirilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı