Modern.az

“Facebook” səsli zəng xidmətini istifadəyə verdi

“Facebook” səsli zəng xidmətini istifadəyə verdi

Təhsil

5 Aprel 2014, 02:00

Modern.az saytı xəbər verir ki, Facebook Whatsapp-ı 16 milyard dollara aldıqdan sonra bu xidmət sektorunda hansı yenilikləri tətbiq edəcəyi diqqət mərkəzində idi.

Aprelin 3-dən etibarən Facebook Messenger proqramına tətbiq edilən yeniləmə ilə artıq istifadəçilər səsli zəng xidmətindən istifadə edə biləcəklər.

Viber və Wechat kimi proqramlarda hazırda tətbiq olunan səsli zəng xüsusiyyətinin, Facebookda da istifadəyə verilməsi istifadəçilər tərəfindən yüksək qarşılanacaqdır.

Proqramın əsas mənfi cəhəti isə yalnız kabelsiz şəbəkə olan (WiFi) üzərindən istifadə olunmasıdır.

Qeyd edək ki, “Facebook”un bu yeniliyini iOS və Android proqramlı telefonlar yükləyə bilər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı