Modern.az

Rusiya AŞPA-dan gələn həftə çıxarıla bilər

Rusiya AŞPA-dan gələn həftə çıxarıla bilər

Образование

6 Aprel 2014, 19:00

 

 

 

 

 

 

 

 

 

Ukrayna ilə Rusiyanın münasibətləri məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-12-də keçiriləcək yaz sessiyasının əsas müzakirə mövzusundan biri olacaq. Modern. az xarici KİV-ə istinadən bildirir ki, bu haqda AŞPA-nın rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, sessiyada AŞPA üzvləri Rusiyanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyət məsələsinin də müzakirəsi nəzərdə tutulur. Müzakirələrin nəticəsində Rusiya nümayəndə heyətinin səlahiyyətinin məhdudlaşdırılacağı da istisna olunmur.

Bundan başqa sessiyada Avstriyanın prezidenti Hayns Fişer çıxış edəcək, Avropada fahişəlik, insan alveri və müasir köləlik problemləri ilə bağlı hesabat, Avropa Şurasının insan haqları məsələləri üzrə komissarı Nils Mujnieksanın hesabatı dinləniləcək.

Xatırladaq ki, AŞPA-da Rusiyanın bu qurumdakı üzvlükdən uzaqlaşdırılmasını da istisna etmirlər.

Modern.az             

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı