Modern.az

Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi

Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi

Образование

8 Aprel 2014, 14:23

Cəbhə bölgəsində yerləşən Horadiz bu gün yenidən qurulur, müasir şəhərə çevrilir, böyüyür. Şəhərdə 5 yeni küçə salınmış, müasir işıqlandırma sistemi tətbiq olunub, əhalinin asüdə vaxtının səmərəli təşkili üçün park və xiyabanlar yaradılıb.

Bütün bunlar şəhərin “Məhəmməd Əmin Rəsulzadə” adlı küçəsinin açılışında bildirilib. Rayonun idarə, müəssisə, hüququ-mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Horadizdə, o cümlədən rayonda görülən işlərdən, qarşıda həyata keçiriləcək tədbirlərdən danışıb. Alı Alıyev bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 5 küçədə abadlıq-quruculuq işləri görülüb, əslində həmin küçələr yenidən qurulub. “Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınıb, küçələr müasir dizayna uyğun bəzədilib, yeraltı işıq sistemi çəkilib, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, elektrik dirəkləri quraşdırılıb, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtük çəkilişi sürətlə aparılır. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır”. Çıxış edən yeni küçənin sakinləri göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Hazırda Horadizdə 4 kilometrlik yeni Gənclər prospekti tikilməkdədir.




Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı