Modern.az

470 sərnişini olan gəmi BATDI

470 sərnişini olan gəmi BATDI

Education

16 Aprel 2014, 11:20


Cənubi Koreyadan 470 sərnişinlə yola çıxan gəmi dənizdə batıb. Modern.az Türkiyə  mətbuata istinadən xəbər verir ki, gəminin batmasının səbəbləri bilinmir. Xilasedicilər qrupu 147 nəfəri sahilə çıxara bilib. Onlardan biri ölüb.

Qeyd edək ki, sərnişinlərin əksəriyyəti gəzintiyə çıxan tələbə və müəllimlərdən ibarət olub. Onlar Cənubi Koreyanın Jeju adasına getmək istəyirlərmiş. Hadisə sahildən 100 kilometr aralıda olub. Sağ qalanların bildirdiyinə gəmi nə iləsə toqquşandan sonra batıb. Xilasetmə işləri davam edir.  

"Renxap" agentliyinin yaydığı məlumata görə hadisə nəticəsində daha bir nəfər həyatını itirib.O da məlum olub ki, sərnişinlərdən 350-si xilas edilib.  

  Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı