Modern.az

Donetsk və Luqanskda Ukraynaya dəstək mitinqləri olacaq

Donetsk və Luqanskda Ukraynaya dəstək mitinqləri olacaq

Образование

17 Aprel 2014, 12:29

Modern.az Ukrayna mətbuatına  istinadən xəbər verir ki, bu gün Donetsk və Luqanskda Ukraynanın birliyinə dəstək olaraq mitinqlər planlaşdırılıb. Bu barədə Donetsk Kömür Hövzəsi Mədən Fəhlələri təşkilatının rəhbəri Nikolay Volınkon məlumat verib. Onun sözlərinə görə  insanlar ölkənin müstəqilliyini qorumaq üçün Ukraynanın şərqindəki separatçıların fəallaşmasına qarşı aksiya keçirəcəklər. Volınkon ölkənin bütün siyasi lider və partiyalarını etiraza qoşulmağa səsləyib.    

Qeyd edək ki, Ukraynanın şərqində separatçılıq meylləri güclənib. Rusiya tərəfdarı olan insanlar etirazlar keçirməklə Ukrayna hakimiyyətindən ölkənin federallaşmasını tələb edirlər. Ukrayna hüquq-mühafizə orqanları separatçılığa qarşı əməliyyatlar aparsa da, bu elə də effektiv nəticə verməyib.  

 

Ayşən Mönsümlü

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı