Dünya şöhrətli Meksika yazıçısı Qabriel Qarsia Markes vəfat edib. Modern.az bildirir ki, Nobel mükafatı laureatı Markes Mexikoda 88 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı onun yaxınları bildirib. Xəbəri Kolumbiya prezidenti Xuan Manuel Santos da təsdq edib.
Meksika Milli Şurasının mədəniyyət üzrə sədri Rafael Tovar bildirib ki, dəfn mərasimi Meksikanın paytaxtında 21 apreldə keçiriləcək.
“100 il tənhalıqda” romanı Markesə dünya şöhrəti gətirib.
Modern.az