AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın bir neçə institut və təşkilatlarının adı dəyişdirilib.
Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.