
FİFA İspaniyanın “Barselona” klubuna 2015-ci ilədək transfer həyata keçirməklə bağlı tətbiq etdiyi sanksiyanı dayandırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda təşkilatın rəsmi saytında məlumat yerləşdirilib. FİFA bu addımı transferə qoyulan qadağa ilə bağlı kataloniyalıların apelyasiya verməsindən sonra atıb. Beynəlxalq futbol federasiyasından bildirilib ki, “Barselona”ya qoyulan qadağa müəyyən olunmamış müddətə qədər təxirə salınır.
FİFA aprelin 2-də elan edib ki, kataloniyalılar 2014-cü ilin iyul və 2015-ci ilin yanvaq aylarında transfer həyata keçirə bilməzlər. Bundan əlavə, klub 450 min İsveçrə frankı (508 min dollar) cərimələnib.
“Barselona” yaşı 18-ə çatmayan əcnəbi futbolçuların transferində qaydaları pozduğuna görə cəzalandırılıb. 2009-2014-cü illlərdə kataloniyalılar ən azı 10 dəfə qaydaları pozublar.
Modern.az