Modern.az

Köçəryan Ermənistanda çevriliş hazırlayır

Köçəryan Ermənistanda çevriliş hazırlayır

Education

2 May 2014, 10:20

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yaxın altı ayda böyük siyasətə qayıdacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin beynəlxalq əlaqələr mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan deyib. Onun fikrincə, Köçəryanın siyasi cəhətdən aktivləşməsi onun yenidən respublikanın idarəçiliyini ələ almaq niyyətindən xəbər verir..

Ekspertin sözlərinə görə, keçmiş prezident yaxın 6 ay ərzində dövlət çevrilişi təşkil edərək hakimiyyəti zəbt edə bilər.

Xaqtırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan son aylar özünün siyasi fəaliyyətini aktivləşdirib, ardıcıl olaraq müsahibələr verərək indiki hakimiyyətin ünvanına hətta sərt tənqidlər də səsləndirir. Bir sıra siyasi xadim və politoloqlar güman edirlər ki, keçmiş prezident böyük siyasətə qayıtmaq üçün manevrlər edir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı