Modern.az

Kamal Abdulla:”Dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan cəzasını alacaq”

Kamal Abdulla:”Dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan cəzasını alacaq”

Education

9 May 2014, 11:14


"Qanundan kənar heç bir hərəkət cəzasız qalmayacaq". Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla müxtəlif dini cərəyanlara qoşularaq Suriyada döyüşməyə gedən ölkə vətəndaşları ilə bağlı məsələyə münasibət bildirərəkən deyib.

Kamal Abdulla deyib ki, bu kimi halların qarşısı alınacaq və lazımi tədbirlər görüləcək. Onların Azərbaycana qayıtdıqdan sonra ölkə üçün hər hansı təhlükə yarada biləcəyinə gəlincə Kamal Abdulla: "Dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan müvafiq cəzasını alacaq". Dövlət müşaviri ölkədəki dini vəziyyəti stabil kimi dəyərləndirib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı