Modern.az

İran casuslarının məhkəməsi başladı

İran casuslarının məhkəməsi başladı

Təhsil

15 May 2014, 17:37


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər – Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimlinin anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 247-ci (dövlətə  xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar.

Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı