Modern.az

Təcili yardım həkimləri yanğın baş verən metro stansiyasına buraxılmayıb

Təcili yardım həkimləri yanğın baş verən metro stansiyasına buraxılmayıb

Education

16 May 2014, 10:56



“Təcili yardıma saat 08:18-də çağırış olub. “Koroğlu” metrostansiyasında baş verən məlum hadisə ilə bağlı bir qadının vəziyyəti pisləşib. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib”. Bu barədə Modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib:

“Əvvəlcə bir briqada gedib. Onlar stansiyaya buraxılmayıb. Briqada hadisə yerinə çatanda yardıma ehtiyacı olan qadın artıq stansiyadan kənara çıxarılıbmış. Ona yerində müdaxilə edilib, ilk yardım göstərilib. Bundan başqa, üç nəfərin vəziyyəti pis olub. Bunlar təzyiq xəstələri, nevrozdan əziyyət çəkənlər olub ki, həyəcandan səhhətlərində problem yaranıb.”

Z. Vahidovanın sözlərinə görə, hadisə yerində insanlar təlaşa qapıldıqlarından nə etdiklərini bilməyiblər:

 “Ara qarışıb, insanlar bir-birini itələyib, kimsə qaçanda əzilib, kiminsə təzyiqi qalxıb. Bu səbəbdən də biz oraya əlavə üç briqda göndərdik. Ümumilikdə, dörd briqadamız hadisə yerinə cəlb olunub, 5-6 nəfərə ilkin yardımlar göstərilib. Artıq sonuncu briqadamız da hadisə yerini tərk edib, çünki stansiyada hərəkət bərpa edilib”.  

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı