Bu gün bəzi KİV-lər ölkə başçısının sərəncamı ilə Futzal Federasiyasının 40 yaşlı rəhbəri Zaur Axundovun Azərbaycan Dövlət Neft Şirkətinə birinci vitse-prezident təyin olunduğu barədə xəbər yayıb.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə Modern.az-a açıqlamasında xəbərin həqiqət olmadığını qeyd edib: “Yalandır!”.
Xatırladaq ki, xəbəri ilk olaraq haqqin.az saytı yayıb.
ARDNŞ-nin hazırki 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə 84 yaşındadır. O, 10 ildir bu vəzifədə çalışır. 84 yaşlı 1-ci vitse-prezidentin yola salınacağı barədə söz-söhbətlər dolaşır.
Modern.az