Modern.az

Bakı Atatürk Liseyində 1-ci sinfə qəbul imtahanı keçirilib

Bakı Atatürk Liseyində 1-ci sinfə qəbul imtahanı keçirilib

Education

19 May 2014, 14:47



Mayın 17-18-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində növbəti sınaq imtahanı keçirilib. Bu barədə Modern.az-a liseyin müdiri Əli Devrim məlumat verib.

Onun sözlərinə görə, budəfəki imtahanda 2014-2015-ci tədris ilində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində birinci sinifdə oxumaq arzusunda olan uşaqlar öz bilik və dünyagörüşlərini nümayiş etdiriblər:

«1992-ci ildən fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyi hər il birinci sinifdə oxumaq istəyən uşaqlar üçün sınaq imtahanları keçirir. Həmin imtahanlarda liseyimizin müəllimləri uşaqlara müxtəlif istiqamətlərdə suallar verib, onların bilik və dünyagörüşünü qiymətləndirirlər. Nəticədə ən yüksək bal topdamış uşaqlar məktəbimizdə təhsil almaq hüququ qazanır».

Əli Devrim onu da bildirib ki, hər il olduğu kimi, bu dəfə də rəqabət güclü olub: «Belə ki, bu dəfə 200-dən artıq uşaq imtahanlarda iştirak edib. Onlardan isə yalnız 72-si məktəbdə oxumaq şansı qazanacaq. İmtahanların nəticələri mayın 21-də elan olunacaq».

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı