Modern.az

Azərbaycan kubokunu "Neftçi" qazandı

Azərbaycan kubokunu "Neftçi" qazandı

Education

22 May 2014, 23:07

Mayın 22-də Azərbaycan kubokunun final matçı keçirilib. Modern.az xəbər verir ki, finalda "Qəbələ" və "Neftçi" klubları üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib.
"Neftçi" bu seriyada daha dəqiq oynayaraq Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.  

"Qəbələ" - "Neftçi"  - 1:1 (penaltilər seriyası - 2:3)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı