Modern.az

Artur Rəsizadə Minskdə MDB hökumət başçılarının İCLASI-na qatılacaq

Artur Rəsizadə Minskdə MDB hökumət başçılarının İCLASI-na qatılacaq

Təhsil

22 May 2014, 23:27

Mayın 30-da Minskdəki “Prezident-otel”də Belarusun baş naziri Mixail Myasnikoviçin sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək. Modern.az bildirir ki, bu barədə AzərTAc-a təşkilatın Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat verilib. Gözlənildiyinə görə, Birlik ölkələrinin hökumət başçıları əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 20-dən artıq sənəd layihəsini müzakirə edəcəklər. O cümlədən 2020-ci ilə qədər olan dövr üçün MDB üzvü olan ölkələrin Dövlətlərarası İnnovasiyalı Əməkdaşlıq Proqramının və onun həyata keçirilməsi üzrə 2012-2014-cü illər üçün tədbirlər Kompleksinin 2013-cü ildə yerinə yetirilməsinin gedişi təhlil ediləcək.

Dövlətlərarası elmi-texniki informasiya mübadiləsi sahəsində əməkdaşlığı, habelə nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində MDB ölkələrinin qarşılıqlı informasiya fəaliyyətini tənzimləyən sazişlər imzalanması planlaşdırılır. Yaxın bir neçə il üçün radionaviqasiya və hidrometeorologiya sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər nəzərdə tutulacaq, Malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarına dəyişikliklər ediləcək.

MDB məkanında təhlükəsizliyin təmin edilməsi sahəsində yetkinlik yaşına çatmayanların daimi yaşadıqları dövlətlərə qaytarılması, təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması, silahlı qüvvələrin topogeodezik və naviqasiya təminatı, habelə Birlik üzvü olan dövlətlərin silahlı qüvvələrinin mühəndis qoşunlarının humanitar minasızlaşdırma sahəsində əməkdaşlığı ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı