Modern.az

İsrail Qəzzanı tərk etdi - geridə 1768 fələstinli və 67 israilli ölü qaldı

İsrail Qəzzanı tərk etdi - geridə 1768 fələstinli və 67 israilli ölü qaldı

Education

6 Avqust 2014, 14:02



İsrail qoşunları Misirdə baş tutacaq sülh danışıqları öncəsi Qəzza sektorunu tamamilə boşaldıb. Modern.az saytı xarici mətbuata istinadən xəbərə verir ki, “ÇAXAL” yaydığı rəsmi məlumatda Qəzza sektorundan İsrail ərazisinə gedən bütün yeraltı tunnelləri məhv etdiklərini bildirib. Bununla belə sektorla həmsərhəd olan yəhudi şəhərlərində yerləşən mühəndis, tank və piyada döyüş hissələri komandanlığın əmri olarsa, yenidən müdaxiləyə başlayacaq.

HƏMAS təşkilatı isə yayımladığı rəsmi bəyanatda İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını təşkilatın və Fələstin xaqlının qələbəsi olduğunu və yəhudiləri fiaskoya uğratdıqlarını elan edib.

“Sarsılmaz Qaya” əməliyyatının davam etdiyi müddətdə 1768 fələstinli və 67 israilli həlak olub.

Qeyd edək ki, avqustun 5-dən tərəflər arasında elan olunan atəşkəs rejimi ayın 8-nə qədər davam edəcək. Paralel olaraq, Qahirədə Amerika dövlət katibi Con Kerrinin vasitəçilyi ilə HƏMAS-İsrail danışıqları keçiriləcək.  

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı