
Modern.az xəbər verir ki, avqustun 28-də Azərbaycanın “Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Hollandiya "Tvente"si ilə qarşılaşır.
Enshede şəhərində keçirilən oyunda hazırda ikinci hissə davam edir.
Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışır. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaq.
İkinci hissə davam edir, hesab 1:1-dir. Bu hesab “Qarabağ”a sərf edir...
***
Oyun başa çatdı. "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı...