Modern.az

Elmar Hüseynovun atası vəfat etdi

Elmar Hüseynovun atası vəfat etdi

Eğitim

8 Sentyabr 2014, 16:20

Fəaliyyəti dayanmış “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov vəfat edib. Modern.az saytının xəbərinə görə, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
Sabir Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ailəsi mərhumu Bakıdakı "Qurd qapısı" qəbiristanlığında, Elmarın məzarının yanında dəfn edəcək.
Allah rəhmət eləsin.

Elmar Hüseynov 2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı