Nazir Elmar Məmmədyarov sentyabrın 23-də BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Modern.az