Bitlisin Tatvan rayonu Geçitbaşı kəndi yaxınlığında telefon dirəyinə bağlanıb güllələnərək öldürülən adamın cəsədi tapılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bitlisin Çeltikli kəndində müvəqqəti kənd gözətçisi kimi xidmət edən və təxminən 2 aydır xəbər alınmayan 38 yaşlı Nihad Çaprakın cəsədi aşkarlanıb.
Verilən məlumata görə, təhlükəsizlik qüvvələri Hizan-Tatvan avtomobil yolunun 30-cu kilometrinin Güzeldere ərazisində telefon dirəyinə bağlı bir kişi cəsədinin təxminən 2 ay əvvəl qaçırılan və o gündən bəri xəbər alınmayan 6 uşaq atası Çapraka aid olduğunu müəyyən ediblər. Aparılan araşdırmanın ardından məlum olub ki, bu vəhşiliyi PKK terrorçuları ediblər.


Modern.az