Modern.az

Milli Elmlər Akademiyasında yeni təyinatlar oldu

Milli Elmlər Akademiyasında yeni təyinatlar oldu

تحصیلات

5 Noyabr 2014, 18:18



Bu gün Azərbaycan Milli Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda da bir sıra vacib qərarlar qəbul edilib, yeni təyinatlar baş tutub.

  Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova həmin institutunun elmi katibi təyin edilib.   Professor Pənah Muradov Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Fəridə Qəhrəmanova qurumun elmi katibi vəzifəsinə təyin olunub.
Fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.  

Modern.az
   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı