Modern.az

«Sevil» yaşayış massivinin mülkiyyətçiləri aksiya keçirib

«Sevil» yaşayış massivinin mülkiyyətçiləri aksiya keçirib

Образование

14 Noyabr 2014, 14:16


Noyabrın 14-də «Sevil» yaşayış massivinin mülkiyyətçiləri Abşeron Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. Onlar «Sevil» yaşayış massivi ilə bağlı yaranmış problemə aydınlıq gətirməsini istəyiblər.

İcra hakimiyyətinin binası qarşısından çıxarılan aksiyaçılara bələdiyyəyə müraciət etmək məsləhət görülüb.

"Azadlıq" radisunun məlumatına görə, polis jurnalistlərə foto və video çəkiliş aparmağa icazə verməyib. 

Bir neçə ay öncə tikinti şirkəti olan «Sevil Massivi» MTK-nın təsisçisi Aynur Zeynalov və direktoru Elçin İsmayılov həbs olunublar. Onlar qanunsuz torpaq almaqda, vergidən yayınmada ittiham edilirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı