Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın uşaqlıq fotosudur. Fotoda Azərbaycan poeziyasının novator imzalarından sayılan Rəsul Rza üç övladı ilə bir yerdədir. Foto ötən əsrin 1940-cı illərində çəkilib.
80 yaşı tamam olacaq xalq şairi Fikrət Qoca cəmi iki yaşındadır. Şəkildə balaca Fikrətin yanında dayananlar atası Göyüş Qocayev, anası Xara xanımdır. Foto 1937-ci ildə çəkilib.
Bu foto 1960-cı ildə çəkilib. Gələcəyin xalq şairi Zəlimxan Yaqub sinif yoldaşları Mövlud və Süleymanla birlikdədir.
Bu fotoda Vaqif Səmədoğlunun 10 yaşı var. 1949-cu ildə çəkilən fotodakı qadın şairin anası Xavər xanımdır.
Əkrəm Əylisli ucqar kənddə böyüdüyündən ilk çəkdirdiyi foto məhz məktəbi bitirdiyi ilə təsadüf edir. Foto Əylis kənd məktəbinin həyətində çəkilib.
Musa Yaqub bu şəkli 1950-ci ildə çəkdirib. Şairin yanında ata-anası ilə yanaşı, qonşuları da var.
O zaman Məmməd Aslan 5-ci sinifdə oxuyurdu. Özünün güman etdiyinə görə foto 1949-cu ildə ya məktəbə gedəndə, ya da məktəbdən qayıdanda çəkilib.
1937-ci il. Fotodakı 12 yaşlı uşaq sonradan Azərbaycanın xalq şairi olan Qabildir.
Elmin NURİ