Modern.az

“Mənə “Skype”la danışmaq yox, atam lazımdır” - Dilqəm Əsgərovun oğlu

“Mənə “Skype”la danışmaq yox, atam lazımdır” - Dilqəm Əsgərovun oğlu

Təhsil

19 Noyabr 2014, 12:53


“Ermənistanın hərbi helikopterinin vurulmasından sonra Avropa Məhkəməsi üçün sənədlərin toplanmasını dayandırmışıq. İnanırıq ki, nəsə bir addım atılacaq”.

Bunu Modern.az-a ermənilərin girov götürdüyü Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun Beynəlxalq Qırmızı Xaç Komitəsinin “yaxın vaxtlarda girovlarla “skype” vasitəsilə əlaqə yaradılacaq” açıqlamasına münasibəti belə olub:

“Atamın vəziyyətini yayılan videolarda gördüm. “Skype” mənim nəyimə lazımdır?! Qırmızı Xaç Komitəsi məktub gətirdi, atam yazır: “Yaxşıyam, mənə yaxşı baxırlar”. Bu, ağ yalandır. Ona necə baxdıqlarını gördük. O boyda adamlar əriyib “çöp”ə dönüblər”.

Girovun oğlu beynəlxalq təşkilatların məsələyə biganə yanaşmasından çox narahatdır: “Bir erməni helikopteri vuruldu, hamı ayağa qaıxdı, ATƏT , Qırmızı  Xaç Komitəsi işə qarışdı. Amma 4 aydır iki azərbaycanlı orda can verir, heç kimin vecinə deyil. Məni yandıran da budur”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov üçün təşkil edilən qondarma məhkəmədə azərbaycanlılar bir neçə maddə ilə ittiham olunur.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı