Modern.az

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərilə görüşdü

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərilə görüşdü

Образование

4 Dekabr 2014, 16:35

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik ilə görüşüb.

Bu barədə Modern.az saytına Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı