Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edən Babək Hüseynov, habelə qətldə iştirak edən digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulublar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd “Epson” markalı printer aşkar edilərək götürülüb.
Modern.az