Modern.az

Deputatdan şok iddia: “Avtobus sürücüləri narkotik vasitələrdən istifadə edirlər”

Deputatdan şok iddia: “Avtobus sürücüləri narkotik vasitələrdən istifadə edirlər”

Education

16 Dekabr 2014, 13:53

“Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə edirlər”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, xarici ölkələrdə nəqliyyat vasitəsini sürətlə idarə edənlər cinayət məsuliyyətinə cəlb edilir:

“Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məlum oldu ki, sürücüdə xüsusi kart var və bu kart avtobusun içində quraşdırılan cihazda qeydiyyatdan keçir. Bu o deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istifadə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.

Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycandan da bu məsələyə baxılmalıdır. Onun fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır: “Polis nə qədər fəaliyyət göstərsə də, bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.

Parlamentin iclasında iştirak edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov də bu məsələyə münasibət bildirib.

O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal topoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir:

“Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır. Bununla belə, avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür”.

Onun fikrincə, yaxın vaxtlarda sərnişin daşıma ilə bağlı köklü dəyişikliklər aparılacaq.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı