Modern.az

Ovçu özünü güllələdi, sirkə turşusu içən qadın öldü

Ovçu özünü güllələdi, sirkə turşusu içən qadın öldü

Təhsil

17 Dekabr 2014, 13:25

Dekabrın 16-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin meşə zolağında kənd sakini Məhəmmədəli Abdullayev ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə özünə xəsarət yetirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,

Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Məhəmmədəli Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. M.Abdullayev xəstəxanaya yerləşdirilib.

Dekabrın 16-da Masallı rayon sakini Xalidə Həsənova isə sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlər hansı səbəbdən sirkə turşusu içdiyi açıqlanmayan qadının həyatını xilas edə bilməyiblər.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı