Modern.az

“Azərsu”-dan istifadəçilərə yeni xidmət

“Azərsu”-dan istifadəçilərə yeni xidmət

Təhsil

22 Dekabr 2014, 15:59


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və ekektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb.

“Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəçinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımi  sənədləri təqdim edərək elektron formada müraciət edə bilər. Qeyd edək ki, indiyədək abonent adının dəyişdirilməsi üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər ki, bu da əlavə vaxt itkisi və texniki proseduralarla müşahidə olunurdu. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra abonent məlumatlarını www.azersu.az saytı vasitəsilə elektron müraciət edərək dəyişdirə biləcəklər. Hazırda bu xidmətin www.e-gov.az portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilir və bu zaman ekranda abonent məlumatları səhifəsi açılır. Burada abonentin adı, soyadı, atasının adı, yaşayış obyektinin adı, ailə tərkibi , şəxsiyyət vəsiqəsinin PİN kodu, göstərilən xidmətin adı (içməli su və kanalizasiya xidməti) və abonentin borcu barədə məlumatlar yerləşdirilmişdir. 

Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi müvafiq məlumatı seçməli və tələb olunan proseduraları yerinə yetirməlidir. Eyni zamanda  şəxsiyyət vəsiqəsinin, əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin, ailə tərkibi haqqında arayışın skan olunmuş surətləri və əlaqə vasitələri sistemə daxil edilməlidir. (Bu barədə daha ətraflı www.azersu.az saytının “elektron xidmətlər” bölməsinin “Abonent məlumatlarının dəyişdirilməsi” alt bölməsində verilmişdir). Elektron xidmətdən istifadə edənlər xidmətin reqlamentində göstərilən tələblərə əməl etməli və müraciət formasındakı məlumatları düzgün cavablandırmalıdır. Sistemin yüklənmə ehtimalı nəzərə alınaraq bir mənbədən elektron məlumatın göndərilməsinin müddəti 1-5 dəqiqə müəyyənləşdirilmişdir. Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı “online” müraciət qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir. Müraciət abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırılır. Odur ki, müraciətdə göstərilən elektron poçt(e-mail) ünvanı doğru və aktiv istifadədə  olmalıdır.

Qeyd edək ki, abonent məlumatlarının dəyişdirilməsi ilə yanaşı,  hazırda “Azərsu” ASC tərəfində daha 3 növdə elektron xidmət tətbiq olunur.  İstehlakçılar içməli su və kanalizasiya xidmətlərinə görə borcları internet vasitəsi ilə öyrənə, internet və ödəmə terminalları vasitəsi ilə ödəniş edə bilər, həmçinin ödəmə terminalları vasitəsi ilə smart kartların yüklənməsini həyata keçirə bilərlər.

  Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı