Ötən il sentyabrın 19-da dələduzluq etdiyinə görə tutulan Vüqar Baxşıyevin ətrafında Lənkəran rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər əməlinin də üstü açılıb. Modern.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, onun 2013-cü və 2014-cü illər ərzində 37 nəfər Lənkəran rayon sakininin etimadlarını qazanaraq onlardan ümumilikdə 197.904 manat alması da müəyyən edilib.
Digər məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon Polis Şöbəsinə müraciət edərək 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alındığını bildiriblər.
Modern.az