Modern.az

Jurnalistika fakültəsinin maddi-texniki bazası güclənəcək

Jurnalistika fakültəsinin maddi-texniki bazası güclənəcək

Education

19 Fevral 2015, 17:38


Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Jurnalistika fakültəsində olub. Modern.az xəbər verir ki, görüşdə fakültənin maddi-texniki bazasının gücləndirilməsi, yeni studiyanın yaradılması, tələbə-müəllim dialoqunun səmərəliliyini artırmaq məqsədilə xüsusi texniki avadanlıqlarla təchiz edilmiş auditoriyaların yaradılması, Azercell şirkəti tərəfindən yaradılmış Barama İnnovasiya Mərkəzinin media qrupunun fakültədə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.

Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib.

Qərara alınıb ki, fakültə qısa müddət ərzində interaktiv lövhələr, çoxfunksiyalı   (televizor, kompyuter  və s.) aktiv ekranlar, dayanıqlı plaşetlər, proyektorlar və digər texniki avadanlıqlarla təmin olunsun və bir neçə auditoriya müasir standartlara cavab verən texnologiyalarla təmin olunaraq tələbələrin istifadəsinə verilsin.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı