
Fevralın 16-19-da Azərbaycan və Ermənistana səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri səfərin yekunları ilə bağlı bəyanat veriblər. Modern.az xəbər verir ki, həmsədrlər Ceyms Uorlik, Andrey Popov və Pyer Andrie Azərbaycan prezidentləri, xarici işlər nazirləri və digər siyasətçilərlə görüşləri barədə məlumat veriblər:
“Həmsədrlərin əsas məqsədi tərəfləri yanvardakı gərginlikdən sonra atəşkəs rejimini pozmamağa bir daha çağırmaqdan ibarət idi”.
Onların sözünə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olduqlarını və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı ATƏT nümayəndələrinin təklif etdiyi tədbirləri gözdən keçirəcəklərini deyiblər.
ATƏT-in Minsk qrupunun üzvləri bu il ərində prezidentlərin yenidən görüş keçirməsi ilə bağlı hazırlıqlara başlamaq qərarına gəliblər.
Vüqar İSMAYILOV