Modern.az

Ermənistanda ixracat 22 faiz azaldı

Ermənistanda ixracat 22 faiz azaldı

تحصیلات

21 Fevral 2015, 11:26

Keçən ilin yanvar ayına nisbətən bu ilin yanvar ayında Ermənistanda ixracat 22 faiz azalıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ixracat həcminin bu şəkildə azalması uzun müddətdir qeydə alınmayıb.

Ötən ilin sonunda dramın kəskin dəyərdən düşməsi nəticəsində Ermənistan Mərkəzi Bankı bəyanat yayaraq bildirmişdi ki, regional və beynəlxalq maliyyə bazarlarının son inkişafları nəticəsində valyuta tənzimlənməsi və ixrac rəqabət artacaq.

Erməni ekspertlərin fikrincə, ixracat rəqabəti birbaşa devalvasiya artımına gətirib çıxaracaq ki, bu da valyuta devalvasiyası üçün yalnız müsbət aspekt olmalı idi.

Lakin praktikada göründü ki, Ermənistan vətəndaşları günü-gündən kasıblaşır və valyuta dəyərdən düşür. Bütün bunlar isə Ermənistanda ixracat həcminin 22 faiz azalması ilə müşahidə edildi.  

Şahin Qocayev

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı