Modern.az

Fəzail Ağamalının elm haqqında dedikləri Ziyafət Əsgərovun etirazına səbəb oldu

Fəzail Ağamalının elm haqqında dedikləri Ziyafət Əsgərovun etirazına səbəb oldu

Təhsil

24 Fevral 2015, 17:23

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı öz fikirlərini səsləndirib.

Modern.az-ın verdiyi xəbərə görə, o deyib ki, qanun Azərbaycan elmini “ölü nöqtə”dən çıxaracaq. Onun fikrincə, Azərbaycan elmindəki problemlər də öz əksini tapacaq: “Elmdəki durğunluğu aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin çiyinlərinə ağır yük düşür”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fəzail Ağamalının fikirlərini etirazla qarşılayıb: “Deyirsiniz ki, Azərbaycan elmi ölü vəziyyətindədir. Elədirsə, elm yoxdursa, siz özünüz diplomu necə, haradan almısınız?”

Fəzail Ağamalı yerdən replika ataraq ali təhsil diplomunu SSRİ zamanında aldığını bildirib.

Onun replikasına birinci vitse-spiker belə cavab verib: “Onda qayıdaq sovet dövrünə?”

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı