Modern.az

Yerevanda nazirə kartof dedilər

Yerevanda nazirə kartof dedilər

Təhsil

26 Fevral 2015, 21:05


Yerevanda “Nazir, sən kartofla qızları fərqləndirə bilmirsən”, “Nazir, sizin uşaqlarınız da kartofla böyüyüblər”, “Ermənistanın bütün qızlarından üzr istəməyinizi tələb edirik”, “Kartof sən özünsən” plakatları ilə bu gün aksiya keçirən bir qrup vətəndaş hökumət binasının qarşısına toplaşaraq kənd təsərrüfatı naziri Serqo Karapetyanın üzr istəməsini tələb ediblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, buna səbəb fevralın 24-də Şirak vilayətində fermermerlərlə görüşü zamanı nazirin bu bəyanatı olub: “Kartof – qız kimidir, birinci arzulayana vermək lazımdır”.

Aksiya keçirənlər tələb ediblər ki, həmin nazir və digər vəzifəli şəxslər sözlərində diqqətli olsunlar və öz fikirlərində təhqiredici ifadələrə yol verməsinlər.

“Qoy nazir rəsmi açıqlama ilə çıxış etsin və sonra bəyanatına görə üzr istəsin”, - aksiya iştirakçılarından olan Arman Qaribyan deyib.

Aksiya iştirakçıları özləri ilə kisədə və sinidə etiraz əlaməti olraq kartof da gətiriblər.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı