ABŞ prezidenti Barak Obama hesab edir ki, cinsi diskriminasiya olmasa, dünya daha təhlükəsiz və sabit qalar.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev rəhbəri Barak Obamanın 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə yaydığı bəyanatında deyilir.
ABŞ lideri bildirib ki, qadınlar olmasa, iqtisadiyyat çökər və siyasi sistem dəyişər. “Qadınlar bizim planetimizin yarısını təşkil edirlər və onlar dünyamıza töhfə verirlər. Onlar sahibkarlar, fermerlər, pedaqoqlar, alimlər, rəssamlar, hərbçilər, dövlət başçılarıdır. Bu siyahı sonzuzdur. Onlarsız iqtisadiyyat çökər, ailələr, şəhərlər dağılar, siyasi sistem dəyişər”,-deyə Barak Obamanın bəyanatında qeyd olunub.Prezident onu da vurğulayıb ki, bununla belə dünyanın bir çox regionlarında qadınlara ikinci növ vətəndaş kimi yanaşılır.
Modern.az