Modern.az

10 martın hava PROQNOZU

10 martın hava PROQNOZU

Təhsil

9 Mart 2015, 12:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.
Sabahdan etibarən ölkə ərazisində hava şəraiti mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı