Modern.az

“Admiral”da baş verən yanğında həlak olanların ailəsinə kompensasiya veriləcək

“Admiral”da baş verən yanğında həlak olanların ailəsinə kompensasiya veriləcək

Education

13 Mart 2015, 17:21

Martın 11-də Kazandakı “Admiral” ticarət mərkəzində baş verən yanğında həyatını itirənlərə kompensasiya  veriləcək.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstan Əmək Nazirliyi həlak olanların ailələrinə 1 milyon rubl kompensasiya ödəyəcək. Bundan başqa, həlak olanlar şəhər meriyasının vəsaiti hesabına dəfn olunacaqlar.

Xəsarət alanlara isə ağırlıq dərəcəsindən asılı olaraq 200-400 min rubl arasında vəsait veriləcək. Hazırda ərazidə xilasetmə işləri davam edir. Son məlumatlara görə, aralarında Azərbaycan vətəndaşı da olmaqla azı 15 nəfər həlak olub. Daha 13 nəfər isə xəstəxanada müalicə alırlar.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı