Modern.az

Baş redaktorun meyiti tapıldı

Baş redaktorun meyiti tapıldı

Təhsil

15 Mart 2015, 18:48


Ukraynanın Xmelnitski vilayətində “Netişinskiy vestnik” qəzetinin 44 yaşlı baş redaktoru Olqa Morozun meyiti tapılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, jurnalistin ölümü barədə əvvəlcə iş adamı Nataliya Koval özünün Facebook səhifəsində məlumat verib.

Sonradan Ukrayna Daxili İşlər Nazirliyinin Xmelnitski vilayəti idarəsinin saytında da bu haqda məlumat yayılıb.

Olqa Morozun meyitini doğma bacısı onun evinə gələndə aşkarlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının bədənində zorakılıq əlamətləri olmayıb.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı